Son dəqiqə

İran ABŞ Səudiyyə Ərəbistanı Donald Tramp təhlükəsizlik Hörmüz boğazı Diplomatiya dəniz nəqliyyatı Danışıqlar Feysəl bin Fərhan Əl Səud Hücum planları Azadlıq Hərtərəfli saziş Cavab vermə Razılaşma perspektivləri

Hörmüz Boğazında təhlükəsizlik və azadlıq qorunmalıdır

BAKI,TurkicWorld Yusif Şərifzadə

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud ABŞ Prezidenti Donald Trampın İranla bağlı hücum planlarını müvəqqəti dayandıraraq danışıqlara daha çox vaxt vermək qərarını müsbət qarşılayıb.

TurkicWorld xəbər verir ki, nazir bildirib ki, Səudiyyə Ərəbistanı bu addımı alqışlayır, çünki bu, diplomatiyaya imkan yaradaraq “müharibənin dayandırılması, Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyi və azadlığının bərpası” üçün qəbul edilə biləcək razılaşmaya yol aça bilər.

Nazir “X” platformasında yazıb ki, İran da danışıqların irəliləməsinə yönəlmiş səylərə “təcili şəkildə cavab verməlidir” və bu proses hərtərəfli bir sazişlə nəticələnməlidir.

Mövzuya görə xəbərlər