BAKI,TurkicWorld Yusif Şərifzadə
Livanın Milli Xəbər Agentliyinin (NNA) məlumatına görə, Livanın cənubundakı Deyr Qanun əl-Nahr bölgəsinə endirilən İsrail hava zərbəsindən sonra 4 nəfərin cəsədi tapılıb.
TurkicWorld xəbər verir ki, Teyr şəhərində baş verən hücumda 10-dan çox insan yaralanıb, onların arasında qadınlar və uşaqlar da var.
Xilasedici qruplar dağıntılar altında qalanları axtarmağa davam edir, eyni zamanda dağıntıların təmizlənməsi işləri də aparılır.







