Son dəqiqə

BMT Təhlükəsizlik Şurası Qəzza HƏMAS Sülh Şurası Humanitar ehtiyaclar Məcburi köçkünlük Su çatışmazlığı Dərman çatışmazlığı Fələstin fraksiyaları

Qəzza sakinləri həyati ehtiyaclarını qarşılamaq üçün yardıma möhtacdır

BAKI,TurkicWorld Yusif Şərifzadə

Qəzzada davam edən məcburi köçkünlük, su və dərman çatışmazlığı fonunda humanitar ehtiyaclar böyük olaraq qalır. Bu barədə Qəzzanın Sülh Şurasının nümayəndələri tərəfindən BMT Təhlükəsizlik Şurasına təqdim edilən hesabatda qeyd olunub.

TurkicWorld xəbər verir ki, hesabatda həmçinin bildirilir ki, “sektorun yenidən qurulmasına dair hərtərəfli planın həyata keçirilməsinə əsas maneə HƏMAS-ın silahsızlanmaqdan və nəzarəti təhvil verməkdən imtina etməsidir”.

Sənəddə vurğulanır ki, “Qəzzaya investisiya qoyuluşu bu şərtdən asılıdır, baxmayaraq ki, beynəlxalq ictimaiyyət tərəfindən böyük maliyyə vədləri verilib”. Bununla yanaşı, “verilən vədlərlə ərazidə faktiki xərclənən vəsait arasında böyük fərq olduğu” da qeyd edilir.

Sülh Şurası BMT Təhlükəsizlik Şurasını HƏMAS və Fələstin fraksiyalarına təklif olunan yol xəritəsini qəbul etmələri üçün təzyiq göstərməyə çağırıb.

Mövzuya görə xəbərlər