Son dəqiqə

Fələstin humanitar yardım Qəzza Sığınacaqlar Beynəlxalq Miqrasiya Təşkilatı

Qəzzada insanların təcili sığınacaq və tikinti materiallarına ehtiyacı var - BMQT

BAKI,TurkicWorld

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Emi Poup Qəzzada gecə saatlarında qismən dağılmış binanın çökməsi nəticəsində onlarla insanın həlak olması və ya dağıntılar altında itkin düşməsi barədə məlumatlardan sarsıldığını bildirib.

TurkicWorld xəbər verir ki, Emi Poup “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada Qəzzada insanların təhlükəsiz şəraitdə həyatlarını yenidən qurmağa başlamaları üçün təcili şəkildə sığınacaqlara, alətlərə və tikinti materiallarına ehtiyac olduğunu vurğulayıb.

O bildirib ki, humanitar yardımların Qəzzaya davamlı şəkildə çatdırılması həyati əhəmiyyət daşıyır.

BMqT rəhbəri dağıntılar fonunda yaşayış yerlərini itirmiş insanların təhlükəsizliyinin təmin olunması və ilkin bərpa işlərinin aparılması üçün zəruri vasitələrin bölgəyə çatdırılmasının vacibliyinə diqqət çəkib.

Mövzuya görə xəbərlər