BAKI,TurkicWorld
Qəzza zolağında 2023-cü il oktyabrın 7-dən bəri İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 73 min 789-a, yaralananların sayı isə 174 min 798-ə çatıb.
TurkicWorld xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin bildirdiyinə görə, son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 3 nəfərin meyiti və 27 yaralı gətirilib.
Məlumata əsasən, oktyabrın 10-da atəşkəs qüvvəyə mindikdən sonra 1 375 nəfər həyatını itirib, 4 686 nəfər isə yaralanıb.
Nazirlik bir sıra insanların hələ də dağıntılar altında və yollarda qaldığını bildirib. Təcili tibbi yardım və mülki müdafiə qruplarının bəzi ərazilərdə zərərçəkənlərə çatmaqda çətinlik çəkdiyi qeyd olunub.
Bildirilib ki, müharibə Qəzza zolağında yaşayış evlərinə və infrastruktura genişmiqyaslı ziyan vurub, əsas xidmətlərin fəaliyyətini ciddi şəkildə çətinləşdirib.
Nazirliyin məlumatına görə, humanitar yardımların, eləcə də yenidənqurma üçün zəruri materialların bölgəyə daxil olmasına tətbiq edilən məhdudiyyətlər humanitar vəziyyəti daha da ağırlaşdırır.







