BAKI,TurkicWorld Yusif Şərifzadə
Fələstin Xarici İşlər Nazirliyi İsrailin işğal altındakı Şərqi Qüdsün Şeyx Cərrah məhəlləsində yerləşən UNRWA qərargahının ələ keçirilməsi planını qətiyyətlə pisləyib.
TurkicWorld xəbər verir ki, nazirlik bu addımı beynəlxalq hüququ təhdid edən “təhlükəli presedent” kimi qiymətləndirib.
Nazirliyin açıqlamasına görə, plan çərçivəsində BMT-nin fələstinli qaçqınlara yardım agentliyinə məxsus kompleksin dağıntıları üzərində İsrail ordusu və təhlükəsizlik strukturları üçün obyektlərin tikilməsi nəzərdə tutulur. Layihənin “muzey tikintisi” adı altında həyata keçirildiyi bildirilir.
Bu addım son aylarda İsrail ilə UNRWA arasında artan gərginlik fonunda atılıb. İsrail ölkə daxilində UNRWA-nın fəaliyyətinə qanunvericilik qadağası tətbiq edərək agentliyin diplomatik toxunulmazlıq statusunu ləğv edib və dövlətlə bütün rəsmi əlaqələri kəsib.







