BAKI,TurkicWorld Yusif Şərifzadə
İran Prezidenti Məsud Pezeşkian İraqın yeni Baş naziri Əli əl-Zaidini parlamentin etimadını qazanaraq andiçmə mərasimindən sonra vəzifəsinə başlaması münasibətilə təbrik edib.
TurkicWorld xəbər verir ki, Pezeşkian bildirib ki, xalqlarımız arasında mövcud olan dərin bağlara əsaslanaraq, bu yeni mərhələdə strateji əməkdaşlığın yeni səhifəsinin şahidi olacağıq. O əlavə edib ki, İran inkişaf və təhlükəsizliyin möhkəmləndirilməsi yolunda İraqın yanında olmağa davam edəcək.







