Son dəqiqə

İsrail Livan Hizbullah Livan-İsrail münasibətləri Hizbullahın Livandakı rolu Hizbullah lideri: İrana hücum Hizbullaha da yönəlmiş hücumdur HərbiHücum YaxınŞərq CənubiLivan RegionalGərginlik YaxınŞərqMünaqişəsi

“Hizbullah” İsrail mövqelərinə yeni hücumlar etdiyini açıqlayıb

Bakı. TurkicWorld:

“Hizbullah” hərəkatı Cənubi Livanda İsrail mövqelərinə qarşı yeni silsilə hücumlar həyata keçirdiyini bəyan edib. Bildirilib ki, hücumlar Biyyada və Rəşaf ətrafındakı əraziləri hədəf alıb.

TurkicWorld xəbər verir ki, Livanın Milli Xəbər Agentliyinin yaydığı məlumata əsasən, təşkilat Biyyada yaxınlığında hərəkətdə olan İsrail qüvvələrinə və qəsəbədə yerləşən komanda məntəqəsinə zərbələr endirdiyini açıqlayıb.

Məlumata görə, Rəşaf istiqamətində də bir qrup İsrail hərbçisi və hərbi texnikası hədəfə alınıb.

Bundan əvvəl İsrail ordusu “Hizbullah”ın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində İsrailin şimalında və İsrailin nəzarətində olan Cənubi Livan ərazisində üç hərbçinin yaralandığını bildirmişdi.

Mövzuya görə xəbərlər