Son dəqiqə

TOBB Türkiyə Ticarət və Sənaye Palatası

Özbək investorlar Türkiyəyə axın edir – yatırım məbləği sürətlə artır (ÖZƏL)

BAKI, TurkicWorld, Orxan Qədirzadə

2026-ci ilin yanvar-mart ayında Türkiyədə Özbəkistan kapitalı ilə 24 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 şirkət çoxdur.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 25 milyon 100 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 14 milyon 350 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2026-cı ilin yanvar-mart ayında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (16) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Özbəkistan şirkətlərinin ümumi kapitalı 19 milyon 700 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2026-cı ilin yanvar-mart ayında Türkiyədə Özbəkistan kapitalı ilə 6 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər