Son dəqiqə

İsrail Livan Hizbullah Litani çayı

İsrail Livan daxilində irəliləyir - İşğal zonası genişlənir

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İsrail ordusu Livanın cənubunda quru əməliyyatlarını genişləndirərək strateji əhəmiyyətli Litanı çayı istiqamətində irəliləməyə başlayıb.

TurkicWorld xəbər verir ki, Livan hərbi mənbələrinin verdiyi məlumata görə, İsrail qüvvələri bir neçə istiqamətdən hücumu dərinləşdirərək mühüm yaşayış məntəqələrinə daxil olublar.

İsrail qoşunları Aytarun qəsəbəsini keçərək Vadi əl-Saluki ətrafına çatıb, eyni zamanda qərb sektorunda yerləşən Əl-Bayada qəsəbəsinə daxil olaraq orada hərbi mövqelər qurublar. Ən kritik irəliləyiş isə Qantara qəsəbəsi yaxınlığından Litanı çayı istiqamətində qeydə alınıb. İsrail bölmələrinin artıq çayın şərq sektorundakı qollarından birinə çatdığı bildirilir.

Mövzuya görə xəbərlər