Son dəqiqə

ABŞ Donald Tramp Süni intellekt Dünya İqtisadi Forumu Davos qlobal nüvə enerjisi

ABŞ bütün dünyada nüvə enerjisinin inkişafını dəstəkləyir - Tramp

BAKI, TurkicWorld

ABŞ qlobal nüvə enerjisinin inkişafını dəstəkləyir.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışında bildirib.

"Mən çoxsaylı yeni nüvə reaktorlarının tikintisini təsdiqləyən fərman imzaladım. Biz nüvə enerjisini fəal şəkildə inkişaf etdiririk. Risk və təhlükələrə görə əvvəllər buna o qədər də həvəsli deyildim, amma bu sahədə əldə edilən irəliləyiş sadəcə inanılmazdır və təhlükəsizlik sahəsindəki nailiyyətlər təsirlidir. Biz nüvə enerjisi dünyasını tam dəstəkləyirik. İndi isə bu, münasib qiymətlərlə və çox təhlükəsiz şəkildə edilə bilər", - Tramp qeyd edib.

Prezident ABŞ-nin süni intellektin inkişafında dünya lideri olduğunu vurğulayıb.

"Mən nəhəng binalar tikən böyük şirkətlərə öz elektrik stansiyalarını tikməyə icazə verdim. Birlikdə onlar dünyanın istənilən ölkəsindən daha çox elektrik enerjisi istehsal edirlər", - Tramp əlavə edib.

Mövzuya görə xəbərlər