Son dəqiqə

Qəzza zolağı Qəzza Qəzza ilə əlaqəli paylaşımlar Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza atəşkəsi çağırışı Qəzzadan fələstinlilərin çıxarılması Qəzzada müharibənin sonu Qəzza müharibəsi reaksiya Qəzza müharibəsi diplomatiyası Qəzza müharibəsi və tanınma Qəzza müharibəsi əlaqələri

İsrail ordusunun atəşi nəticəsində 11 yaşlı Fələstinli qız həlak olub

BAKI, TurkicWorld, Nailə Babazadə

İsrail ordusunun Qəzza Zolağının şimalında yerləşən Cibaliya Qaçqın Düşərgəsində açdığı atəş nəticəsində 11 yaşlı Fələstinli qız həlak olub.

TurkicWorld xəbər verir ki, xəstəxana mənbələrinin verdiyi məlumata görə, İsrail ordusu atəşkəs çərçivəsində geri çəkildiyi düşərgədə təhlükəsizliyi pozaraq təsadüfi atəş açıb.

Kampta yaşayan 11 yaşlı Hemse Nidal Husu, İsrail əsgərlərinin açdığı atəş nəticəsində həyatını itirib.

Qeyd edək ki, İsrail ordusu atəşkəs razılaşmasını pozaraq, Qəzza Zolağının şərqində yerləşən Tuffah məhəlləsində dünən bir evə hava zərbəsi endirmiş, nəticədə 2 nəfər ölmüşdü.

Mövzuya görə xəbərlər