Son dəqiqə

Ukrayna Kanada Volodimir Zelenski Kristiya Friland Castin Tryudo

Volodimir Zelenski Kanadanın keçmiş XİN rəhbəri Kristiya Frilandı özünə müşavir təyin edib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Ukrayna prezidenti Volodimir Zelenski Kandanın keçmiş XİN rəhbəri Kristiya Frilandı özünün ştatdankənar müşaviri təyin edib.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının saytında müvafiq sənədin mətni dərc olunub.

“Kristiya Friland Ukrayna Prezidentinin iqtisadi inkişaf məsələləri üzrə ştatdankənar müşaviri təyin edilsin”,- sənəddə bildirilir.

Qeyd edək ki, Friland 2017–2019-cu illərdə Kanadanın xarici işlər naziri vəzifəsini tutub, 2019-2024-cü illərdə Kanadanın baş nazirinin müavini olub. Onun 2024-cü ilin dekabrında maliyyə naziri vəzifəsindən qəfil istefası hökümətdaxili çəkişmələrə yol açıb və nəticədə Kanadanın keçmiş baş naziri Castin Tryudo istefa verdiyini elan edib.

Friland sərt anti-Rusiya mövqeyi ilə tanınır.

Mövzuya görə xəbərlər