Son dəqiqə

Sergey Lavrov ABŞ Rusiya Ukrayna Filippin Marko Rubio Diplomatiya Fars Körfəzi

Lavrov Manila şəhərində ABŞ dövlət katibi ilə görüşəcək

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah Filippinin paytaxtı Manila şəhərində ABŞ dövlət katibi Marko Rubio ilə görüşəcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib ki, görüş Cənub-Şərqi Asiya Ölkələri Birliyinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində keçiriləcək.

Nazirin sözlərinə görə, danışıqlarda əsas diqqət Ukraynadakı müharibə və Fars körfəzi bölgəsindəki son hadisələrə yönəldiləcək.

Lavrov görüşün faydalı olacağına inandığını vurğulayaraq, "Hər bir halda bu görüş faydalı olacaq. Suallar vermək və onlara cavab almaq həmişə yaxşıdır", - deyə bildirib.

Görüşün Manila vaxtı ilə cümə axşamı səhər saatlarında keçirilməsi planlaşdırılır.

Moskva son günlər Vaşinqtonun İrana qarşı həyata keçirdiyi hərbi zərbələri kəskin tənqid edib və bu addımların bölgədə gərginliyi daha da artırdığını bəyan edib.

Ekspertlər hesab edirlər ki, Lavrov və Rubionun görüşü Ukrayna müharibəsi ilə yanaşı, Yaxın Şərqdə artan gərginlik fonunda Moskva ilə Vaşinqton arasında fikir mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır.

Mövzuya görə xəbərlər