Son dəqiqə

Azərbaycan Pakistan Mədəniyyət Nazirliyi Adil Kərimli Qasım Mohiuddin mədəni əməkdaşlıq diplomatik münasibətlər

Azərbaycan və Pakistan mədəni əməkdaşlığın genişləndirilməsini müzakirə edib

BAKI,TurkicWorld

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyulun 27-də Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüş keçirib. Tərəflər iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

TurkicWorld xəbər verir ki, görüşdə nazir Adil Kərimli Azərbaycan ilə Pakistan arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. O qeyd edib ki, iki ölkə arasındakı əlaqələrin əsasında dövlət başçılarının möhkəm dostluğu və qarşılıqlı etimadı dayanır. Nazir həmçinin mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin səmimi qəbula görə təşəkkürünü ifadə edərək ölkəsinin Azərbaycanla mədəni əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

Görüş zamanı tərəflər mədəniyyətin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Mövzuya görə xəbərlər