Son dəqiqə

ABŞ bərpa olunan enerji Kanada İndiana günəş enerjisi İnvestisiya Canadian Solar CS PowerTech

Canadian Solar ABŞ-da yeni günəş elementi zavodunu istifadəyə verib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Kanadanın Canadian Solar şirkəti ABŞ-nin İndiana ştatında yeni günəş elementi istehsalı zavodunu istifadəyə verib. Şirkət hesab edir ki, müəssisə ABŞ-də günəş enerjisi sənayesində mövcud istehsal boşluğunu aradan qaldırmağa və Asiyadan idxaldan asılılığı azaltmağa kömək edəcək.

TurkicWorld xəbər verir ki, şirkətin ABŞ-dəki istehsal bölməsi CS PowerTech tərəfindən həyata keçirilən təxminən 1 milyard ABŞ dolları həcmində investisiya hesabına inşa edilən zavod tam istehsal gücünə çatdıqdan sonra ildə 6 giqavat günəş elementi istehsal edəcək. Müəssisənin gələn ilin əvvəlindən etibarən tam gücü ilə fəaliyyətə başlaması və 1 200-dən çox iş yerinin yaradılması planlaşdırılır.

Şirkətin baş icraçı direktoru Kolin Parkin bu layihəni Canadian Solar üçün mühüm mərhələ kimi qiymətləndirib.

ABŞ hökuməti vergi güzəştləri və ticarət tədbirləri vasitəsilə ölkə daxilində günəş enerjisi avadanlıqlarının istehsal zəncirini inkişaf etdirməyə çalışır. Məqsəd bu sahədə idxaldan, xüsusilə də Çindən asılılığı azaltmaqdır. Hazırda qlobal günəş enerjisi təchizat zəncirinin təxminən 80 faizi Çinin nəzarətindədir.

İndiana ştatının Ceffersonvill şəhərində yerləşən müəssisə ABŞ-də heterokeçid (HJT) texnologiyası əsasında günəş elementləri istehsal etmək üçün layihələndirilən ilk zavoddur. Şirkətin məlumatına görə, bu texnologiya ənənəvi günəş elementləri ilə müqayisədə daha yüksək səmərəlilik təmin edir və gələcək inkişaf üçün daha geniş imkanlar yaradır.

Mövzuya görə xəbərlər