Son dəqiqə

Azərbaycan Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi Adil Kərimli Mədəniyyət Azərbaycan ədəbiyyatı

Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb

BAKI,TurkicWorld

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyulun 27-də Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş keçirib. Görüşdə ölkədə ədəbi mühitin inkişafı və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

TurkicWorld xəbər verir ki, görüş zamanı müasir Azərbaycan ədəbiyyatının dəstəklənməsi, kitabxana işinin təkmilləşdirilməsi, mütaliə mədəniyyətinin təşviqi, gənc yazarların yaradıcılıq imkanlarının genişləndirilməsi və bu istiqamətdə birgə fəaliyyət perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər dövlət sifarişi ilə çəkilən filmlər üçün ədəbi əsərlərin seçilməsi, ssenarilərin hazırlanması, Azərbaycan ədəbiyyatının təbliği, həmçinin görkəmli yazıçı və şairlərin həyat və yaradıcılığına həsr olunan filmlərin istehsalı ilə bağlı məsələləri də müzakirə ediblər.

Görüşdə dövlət qurumları ilə ictimai institutlar arasında əməkdaşlığın gücləndirilməsinin milli ədəbiyyatın inkişafına və ölkənin mədəni həyatının daha da zənginləşməsinə mühüm töhfə verəcəyi vurğulanıb.

Mövzuya görə xəbərlər