BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Şimali Koreya Koreya Xalq Ordusunun (KXA) Aparıcı Atəş Zərbə Qrupunun bölməsi ilə birlikdə hipersəs raketlərin buraxılması üzrə təlimlər keçirib.
TurkicWorld-un məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi bildirib.
"Yanvarın 4-də KXA-nın aparıcı atəş zərbə qüvvələrinin bir bölməsi hipersəs raketlərin buraxılması üzrə təlimlər keçirib", - deyə qeyd olnub.
Bildirilib ki, hipersəs silah sisteminin döyüş hazırlığının qiymətləndirilməsi, tapşırıqları yerinə yetirmə qabiliyyətinin sınaqdan keçirilməsi və təsdiqlənməsi məqsədi daşıyan təlimlər müharibənin qarşısının alınması qüvvələrinin effektivliyinin və mobilliyinin əməliyyat qiymətləndirilməsi üzrə işlərin bir hissəsi olaraq keçirilib.







