Son dəqiqə

İran Çin ABŞ Rusiya Pakistan Şimali Koreya

ABŞ beş ölkəni əsas dövlət təhdidləri siyahısına daxil edib

BAKI, TurkicWorld

ABŞ hökuməti kəşfiyyat icmasının illik təhlükə qiymətləndirmə hesabatını (Annual Threat Assessment of the U.S. Intelligence Community 2026) yayımlayıb.

TurkicWorld xəbər verir ki, hesabata əsasən, əsas dövlət mənşəli təhdidlər kimi Rusiya, Çin, İran, Şimali Koreya və Pakistan göstərilib.

Sənəddə qeyd olunur ki, qlobal və transmilli risklər sırasında raket təhdidləri, miqrasiya, kibertəhlükələr və texnoloji çağırışlar xüsusi yer tutur.

Hesabatda Pakistanın ilk dəfə olaraq mühüm nüvə təhdidləri siyahısına daxil edildiyi vurğulanır. Buna səbəb kimi ölkənin ABŞ ərazisinə çata biləcək müasir raket sistemləri üzərində işləməsi göstərilir.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlamasında ölkəsinin üstünlük qazandığını bildirmişdi.

“Məncə, biz İranla müharibədə qalib gəldik. Atəşkəs elan etmək istəmirəm. Qarşı tərəfi faktiki olaraq məhv etdiyiniz halda atəşkəs elan olunmur”, — deyə Tramp qeyd edib.

Mövzuya görə xəbərlər