Son dəqiqə

Qəzza zolağı Qəzza Qəzzada jurnalistlərin ölümü Qəzza ilə əlaqəli paylaşımlar Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza atəşkəsi çağırışı Qəzzadan fələstinlilərin çıxarılması Qəzza müharibəsi 2025

Qəzzada İsrail hücumlarında həlak olanların sayı 70 mini keçib

BAKI, TurkicWorld, Nailə Babazadə

İsrail ordusunun Qəzza Zolağında apardığı hücumlar nəticəsində həyatını itirənlərin sayı son 48 saatda 5 nəfər artaraq, ümumilikdə 70 min 117-yə yüksəlib.

TurkicWorld xəbər verir ki, Qəzza Sağlıq Nazirliyi hücumlar nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları yayıb.

Yayılan açıqlamaya görə, son 48 saatda birinin enkaz altından çıxarıldığı 5 Fələstinlinin cəsədi və 13 yaralının xəstəxanalara çatdırıldığı bildirilib. Atəşkəsin tətbiqindən sonra isə İsrailin Qəzza Zolağındakı hücumlarında 360 nəfər həyatını itirib, 922 nəfər yaralanıb. Dağıntılardan isə 617 cəsədin çıxarıldığı qeyd edilib.

İsrail ordusunun Qəzza Zolağındakı hücumları, oktyabr ayından etibarən intensivləşib. 2023-cü ilin oktyabrında başlayan hücumlarda ölənlərin sayı 70 min 117-yə çatıb, yaralıların sayı isə 170 min 999 olub.

Qeyd edək ki, bundan əvvəl, 9 oktyabrda ABŞ Prezidenti Donald Tramp, Misirdə davam edən müzakirələrdə İsrail ilə HƏMAS arasında Qəzzada atəşkəsin ilk mərhələsinin təsdiqləndiyini bildirmişdi. Müzakirələrin aparıldığı Misirdə imzalanan razılaşma, İsrail hökumətinin təsdiqi ilə 10 oktyabrda qüvvəyə minmişdi.

Lakin İsrail ordusu, ateşkəsə baxmayaraq, zaman-zaman müxtəlif bəhanələrlə Filistinlilərə qarşı hücumlarını davam etdirir. Bu, müharibənin hələ də sabitlikdən uzaq olduğunu və humanitar vəziyyətin daha da pisləşdiyini göstərir.

Mövzuya görə xəbərlər