Son dəqiqə

ABŞ Donald Tramp Vaşinqton Marko Rubio Stiven Uitkoff Cared Kuşner Florida

Rubio, Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər - KİV

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

ABŞ dövlət katibi Marko Rubio, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner noyabrın 30-da Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər.

TurkicWorld-un məlumatına görə, bu barədə "Reuters" agentliyi ABŞ administrasiyasının yüksək vəzifəli məmuruna istinadən xəbər verib.

Məlumata əsasən, görüş ABŞ-nin Florida ştatında keçiriləcək.

Ağ Evin mətbuat xidməti tərəfindən bundan əvvəl açıqlanan D.Trampın cədvəlinə əsasən, ABŞ prezidenti 30 noyabrda Mar-a-Laqo malikanəsinin yerləşdiyi Floridadan Vaşinqtona qayıdacaq.

Mövzuya görə xəbərlər