Qəzza zolağı Qəzza Qəzzada jurnalistlərin ölümü Qəzza ilə əlaqəli paylaşımlar Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza atəşkəsi çağırışı Qəzzadan fələstinlilərin çıxarılması Qəzzada müharibənin sonu Qəzza müharibəsi 2025 Qəzzaya yardımın qarşısının alınması qəzza sülh sazişi

İsrail ordusunun Qərb sahilində keçirdiyi basqınlarda 9 Fələstinli həbs olunub

BAKI, TurkicWorld, Nailə Babazadə

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi basqınlarda 9 nəfəri saxladığı bildirilib.

TurkicWorld xəbər verir ki, yerli mənbələrin verdiyi məlumata görə, İsrail əsgərləri qərb sahilinin şimalında yerləşən Cenin şəhərinin cənubundakı Kabatiya qəsəbəsində bir evə basqın ediblər.

Evdə axtarış aparan əsgərlər 3-ü qardaş olmaqla 4 nəfəri həbs ediblər.

İsrail qüvvələri, həmçinin Kabatiyada evinə basqın etdikləri Məhəmməd Əbu ər-Rubu ağır şəkildə döyüblər.

Mənbələrin bildirdiyinə görə, əsgərlər Əbu ər-Rubun evindəki əşyaları dağıdaraq təxminən 12 min şekel (təqribən 4 min dollar) məbləğində pulunu da müsadirə ediblər.

Görən şahidlər İsrail qüvvələrinin Cenin şəhərinin qərbində yerləşən Yabed qəsəbəsində 3 nəfəri evlərinə basqın edərək saxladıqlarını bildiriblər.

Tübas şəhərinin cənubundakı Əl-Fəria qaçqın düşərgəsinə zorla daxil olan əsgərlər Mühyi Əbu Davud adlı gənci həbs edib, onun evindəki əşyaları dağıdıblar.

Beytüllahim şəhərinin şərqində yerləşən Abidiyyə qəsəbəsinə girən İsrail qüvvələri isə Mutez Əqil Əbu Serhan adlı fələstinlini həbs ediblər.

Qəzzaya qarşı hücumların başladığı vaxtdan bəri işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə 1600-ü uşaq olmaqla 20 mindən çox fələstinli İsrail tərəfindən həbs olunub.

Bu rəqəmə müharibə dövründə Qəzza zolağından saxlanılan minlərlə şəxs daxil deyil.

Mövzuya görə xəbərlər