Son dəqiqə

Qəzza zolağı Qəzza HƏMAS Qəzza ilə əlaqəli paylaşımlar Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza atəşkəsi çağırışı Qəzzadan fələstinlilərin çıxarılması Qəzza müharibəsi reaksiya Qəzza müharibəsi diplomatiyası HƏMAS İsrail hücumu

İsrail ordusu yaxın günlərdə Qəzzadan çıxmağa hazırlaşır

BAKI, TurkicWorld, Nailə Babazadə

İsrail ordusu qarşıdakı günlərdə Qəzza zolağından çıxış prosesinə başlamağa hazırlaşır. Məlumata əsasən, ordu atəşkəs qüvvəyə minənədək “zəruri olmayan fəaliyyətləri” dayandıracaq.

TurkicWorld xəbər verir ki, eyni zamanda, ordunun “müharibənin bitməsinə qədər qalan saatlarda tamamlayıcı zərbələr” endirəcəyi, bu hücumların son günlərdə müəyyən edilən “əhəmiyyətli hədəflərə” yönələcəyi bildirilib.

Digər tərəfdən, Qəzza Mülki Müdafiə Xidməti bu gün səhər İsrailin bölgənin müxtəlif hissələrinə bir neçə hava zərbəsi endirdiyini təsdiqləyib. Qurumun rəsmisi Məhəmməd əl-Muğayr Frans Press agentliyinə açıqlamasında deyib.

“Bu gecə Qəzzada atəşkəs razılaşmasının elanından sonra bir sıra partlayışlar baş verdi, xüsusilə Şimali Qəzza bölgəsində.”-deyə açıqlamada qeyd olunur.

O, Qəzza şəhərinin güclü hava hücumlarına məruz qaldığını da qeyd edib. Bu hadisələr ABŞ Prezidenti Donald Trampın İsrail və HƏMAS arasında atəşkəs sazişinin əldə olunduğunu elan etməsindən dərhal sonra baş verib.

Qedy edək ki, bu gün HƏMAS Qəzzada atəşkəs razılaşmasına nail olunduğunu elan etdi.

Razılaşma işğal qüvvələrinin çıxarılması, humanitar yardımların daxil olması və əsirlərin mübadiləsini əhatə edir.

Fələstin İslam Müqavimət Hərəkatı - HƏMAS, Qəzzada davam edən müharibənin başa çatdırılmasını nəzərdə tutan razılaşmanın əldə edildiyini bəyan edib.

Hərəkatın açıqlamasında bildirilir ki, əldə olunmuş razılaşma müharibənin dayandırılması, İsrail işğal qüvvələrinin Qəzzadan çıxarılması, humanitar yardımların bölgəyə daxil olması və əsirlərin qarşılıqlı mübadiləsi kimi əsas maddələri əhatə edir.

HƏMAS rəhbərliyi razılaşmanın Qəzzada uzunmüddətli sülh və sabitliyin bərpasına, eyni zamanda humanitar böhranın yüngülləşdirilməsinə töhfə verəcəyinə ümid etdiklərini bildirib.

Mövzuya görə xəbərlər