Son dəqiqə

Qəzza zolağı Qəzza HƏMAS Qəzza ilə əlaqəli paylaşımlar Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzzadan fələstinlilərin çıxarılması Qəzzada müharibənin sonu ABŞ və HƏMAS danışıqları HƏMAS əsir razılaşması Qəzza müharibəsi reaksiya Qəzza müharibəsi diplomatiyası Qəzza müharibəsi və tanınma HƏMAS rəhbərləri hədəf

Təzyiq altında deyilik, Trampın planına tezliklə cavab verəcəyik - HƏMAS

BAKI, TurkicWorld, Nailə Babazadə

HƏMAS planın açıqlanması olan 30 sentyabrdan sonrakı gündən etibarən fələstinli qruplarla, müstəqil şəxslərlə və vasitəçilərlə həm daxildə, həm də xaricdə məsləhətləşmələrə başladı. Əlimizdə çox sayda tənqid olsa da, hərəkat mövzuya bütün ciddiyyəti ilə yanaşır

TurkicWorld xəbər verir ki, bu sözləri HƏMAS Siyasi Büro üzvü Məhəmməd Nezzal mətbuata açıqlamasında bildirib.

HƏMAS bildirib ki, ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı təklif etdiyi plana tezliklə cavab verəcək.

Nezzal HƏMAS-ın planı ciddi şəkildə qiymətləndirdiyini və tezliklə cavab verəcəyini bildirərək, son mövqe olaraq Fələstin xalqının ən yüksək maraqlarını və Fələstin məsələsinin strateji sabitlərini nəzərə alacaqlarını vurğulayıb.

“Bizdən ya tamamilə qəbul, ya da tamamilə rədd kimi bir yanaşmanı qəbul etmirik. Vaxt təzyiqi və təhdidlərlə hərəkət etmirik,” — deyən Nezzal HƏMAS-ın Fələstin xalqının maraqlarını nəzərə alan və bütün siyasi tarazlıqları hesaba alan bir yanaşma nümayiş etdirdiyini vurğulayıb.

Nezzal hərəkatın dost ərəb və İslam ölkələri ilə davamlı və həssas təmasda olduğunu bildirərək “Son 28 saat ərzində ekspertlərimiz gecə-gündüz çalışaraq vasitəçilər və dost ölkələrlə əlaqələrini davam etdirdi. Biz həqiqətən razılaşmalara gəlmək mövzusunda ciddiyik.”- deyə qeyd edib.

Planla bağlı ciddiyyətlərinin vaxt təzyiqindən yox, Qəzzada iki ildir davam edən kütləvi qırğını dayandırmaq istəyi ilə bağlı olduğunu bildirib.

“Bu qırğının üçüncü ilinə daxil olmasını istəmirik. Bizim üçün vaxt aldadıcıdır. Bu səbəbdən xalqımızın üzləşdiyi kütləvi qırğını dayandırmaq üçün çalışırıq.” - deyə Nezzal qeyd edib.

Qeyd edək ki, Ağ Ev 29 sentyabrda ABŞ Prezidenti Trampın 20 maddədən ibarət olan “Qəzza Münaqişəsini Bitirəcək Əhatəli Plan” adlı təklifini açıqlamışdı.

Tramp Ağ Evdə qəbul etdiyi İsrail Baş naziri Binyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında demişdi ki, plan tərəflər tərəfindən qəbul edildiyi halda “müharibə” dərhal bitəcək, İsrail Qəzzadan mərhələli şəkildə geri çəkiləcək, Qəzzada HƏMAS-ın rolunun olmadığı yeni proses başlayacaq və bütün əsirlər azad ediləcək.

Netanyahu da planın “müharibə hədəflərini həyata keçirdiyini” bildirərək dəstək açıqlaması vermişdi.

Qətər və Misir Trampın Qəzza planını HƏMAS-a çatdırmışdı.

Mövzuya görə xəbərlər