Son dəqiqə

Qəzza zolağı Qəzza Qəzza ilə əlaqəli paylaşımlar Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza atəşkəsi çağırışı Qəzzadan fələstinlilərin çıxarılması Qəzzada müharibənin sonu Qəzza müharibəsi diplomatiyası Qəzza müharibəsi və tanınma Qəzza müharibəsi 2025 Qəzza məsələsi Qəzza şəhərinə nəzarət

İsrail ordusunun Qəzza zolağına hücumlarında daha 14 nəfər həlak olub

BAKI, TurkicWorld , Nailə Babazadə

İsrail ordusunun bu səhər Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində azı 14 nəfər həlak olub.

TurkicWorld xəbər verir ki, səhiyyə mənbələrinin verdiyi məlumata görə, hücumlar Qəzza zolağının şimalındakı Qəzza şəhəri və mərkəzdəki Nusayrat qaçqın düşərgəsi ərazilərini hədəf alıb.

İsrailə məxsus döyüş təyyarələri Qəzza şəhərinin şərqində yerləşən əd-Dəraç məhəlləsində "Əbu Kəmil" adlı fələstinli ailənin evini bombalayıb. Nəticədə 7 nəfər həyatını itirib.

Şəhərin Zeytun məhəlləsində isə məcburi köçkünlərin sığındığı əl-Fəllah məktəbi vurulub – hücumda 6 nəfər ölüb.

Bundan başqa, İsrail qüvvələri Qəzza şəhərinin cənub-qərbində yerləşən İslam Universiteti yaxınlığındakı binaları da atəşə tutub, ərazidə ciddi dağıntılar qeydə alınıb.

Qəzza zolağının mərkəzində yerləşən Nusayrat Qaçqın Düşərgəsi də hücumların hədəfi olub. Düşərgənin şimalında yerləşən Mühəyyəm əl-Cədid bölgəsinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil edilib. Nəticədə 1 nəfər ölüb, çox sayda insan yaralanıb.

Mövzuya görə xəbərlər