Son dəqiqə

İsrail ABŞ Binyamin Netanyahu Donald Tramp Ağ Ev Atəşkəs razılaşması Netanyahu və Tramp görüşü İsrail ABŞ münasibətləri

Qəzza zolağında atəşkəs razılaşması yaxınlaşır

BAKI, TurkicWorld

Tramp və Netanyahu Qəzzanı müzakirə etmək üçün ikinci dəfə görüşüb.

TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahu bu həftə ikinci dəfə Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün görüş keçiriblər.

Görüş Oval kabinetdə baş tutub və bağlı qapılar arxasında bir saatdan çox davam edib.

Netanyahu X sosial şəbəkəsində açıqlamasında, Trampla bu həftə ərzində ikinci dəfə görüşdüyünü təsdiqləyərək, müzakirələrin əsas mövzularının Qəzzada məhbusların azad edilməsi, HƏMAS-ın hərbi və inzibati imkanlarının aradan qaldırılması və İranla bağlı vəziyyət olduğunu bildirib.

Görüşdən əvvəl Qətər rəsmilərindən ibarət nümayəndə heyəti də Ağ Evə gələrək yüksək səviyyəli danışıqlar aparıb. Məlumata görə, Qəzzada atəşkəsə nail olmaq məqsədilə aparılan vasitəçilik səyləri intensivləşib.

Vaşinqton səfəri çərçivəsində Netanyahu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Consonla da görüşüb. Görüşdən sonra çıxış edən Netanyahu bildirib ki, İsrail vasitəçilərdən gələn atəşkəs təklifini qəbul edib və bu təklif Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun ideyalarına uyğun gəlir.

Qeyd edək ki, Vitkoff da əvvəlki açıqlamasında Qəzzada 60 günlük atəşkəs üçün razılaşmanın əldə olunmasına yaxın olduqlarını bildirib və həftənin sonuna qədər konkret nəticələrin olacağına ümid etdiyini vurğulayıb.

Mövzuya görə xəbərlər