İsrail ABŞ Donald Tramp HƏMAS Benyamin Netanyahu Atəşkəs razılaşması Tramp administrasiyası Netanyahu və Tramp görüşü ABŞ-İsrail diplomatik gərginlik

İsrail Qəzzada 60 günlük atəşkəs şərtlərini qəbul edib

BAKI, TurkicWorld

İsrail Qəzzada 60 günlük atəşkəs şərtlərini qəbul edib.

TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs təklifini qəbul etdiyini açıqlayıb.

Tramp bu barədə Truth Social platformasında paylaşım edərək, nümayəndələrinin İsrail rəsmiləri ilə “uzun və məhsuldar” görüşlər keçirdiyini bildirib.

Tramp qeyd edib ki, atəşkəs müddətində bütün tərəflərlə birlikdə müharibəni sona çatdırmaq üçün səylər davam etdiriləcək. Onun sözlərinə görə, danışıqlarda vasitəçi qismində çıxış edən Qətər və Misir Həmas-a “son təklif” təqdim edəcək.

“HƏMAS bu razılaşmanı qəbul etməlidir. Əks halda, vəziyyət daha da pisləşə bilər,” – deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ prezidenti gələn həftə İsrailin baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonda görüş keçirəcək. Görüşdə Qəzza və İran məsələləri əsas müzakirə mövzularından biri olacaq.

Mövzuya görə xəbərlər