Avropa İttifaqı ABŞ Ursula fon der Lyayen Donald Tramp İrlandiya ABŞ-ın tarif siyasəti və ticarət gərginliyi Ticarət tarifləri

AB tarif fasiləsindən istifadə edərək ABŞ-la dialoq qurmaq istəyir

BAKI, TurkicWorld

Avropa İttifaqı 90 günlük tarif fasiləsindən faydalanaraq ABŞ-la ticarət gərginliyinə həll yolu tapmaq istəyir

TurkicWorld xəbər verir ki, Euro Group prezidenti və İrlandiyanın maliyyə naziri Paschal Donohoe, ABŞ-ın tətbiq etdiyi tariflərlə bağlı verdiyi 90 günlük fasiləni “fürsət pəncərəsi” adlandıraraq, bu müddət ərzində alternativ həll yolları tapmaq niyyətində olduqlarını bildirib.

O, Avro Qrupunun bu görüşdə qlobal iqtisadi dəyişiklikləri, ABŞ-ın tarif siyasətinin Avro Bölgəsinə təsirlərini və digər iqtisadi planları müzakirə edəcəyini qeyd edib.

Nazir həmçinin bildirib ki, Avro Bölgəsi büdcə, rəqabət qabiliyyəti, rəqəmsal avro və investisiya birliyi kimi əsas sahələr üzrə layihələrə sadiq qalacaq və gündəmdə dəyişikliklər olsa belə, bu istiqamətdə işlər davam etdiriləcək.

AB Komissiyasının sədri Ursula von der Leyenin də tarif məsələsində dialoqa açıq yanaşdığını vurğulayan Donohoe, ticarət gərginliyinin həlli üçün danışıqların əsas yol olduğunu və Avropa İttifaqı ölkələrinin bu prosesdə birlikdə hərəkət edəcəyini bildirib.

Donohoe qeyd edib ki, Avrozona ölkələri ABŞ-dakı potensial ticarət dəyişikliklərinə koordinasiyalı və uyğun şəkildə cavab verməyə hazırdır: “Bu 90 günlük fasiləni alqışlayırıq. Bu, bizim üçün konstruktiv dialoq qurmaq və alternativ yollar müzakirə etmək üçün bir fürsətdir” - deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Çin xaricindəki ticarət tərəfdaşlarına tətbiq edilən əlavə tariflər 90 gün müddətinə dayandırılıb. Ursula von der Leyen də bu addımı müsbət dəyərləndirərək, danışıqlara şans verilməsinin vacibliyini qeyd edib. AB Komissiyası qarşı tədbirləri üzv dövlətlərin razılığı ilə bu fasilə müddətində müvəqqəti dayandıracağını açıqlayıb.

Mövzuya görə xəbərlər