Bakı, TurkicWorld
Cənubi Koreya polisi "Telegram"a qarşı araşdırmaya başlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
İstintaqın platformada yerləşdirilən bəzi saxta məzmunla bağlı olduğu qeyd edilir. Əlavə məlumat verilmir.
Qeyd edək ki, "Telegram"ın yaradıcısı Pavel Durov avqustun 24-də Fransada saxlanılıb. Məhkəmə müstəntiqi Durovu cinayət işinin bir hissəsi kimi qanunsuz əməliyyatlara icazə vermək məqsədilə şəbəkə platformasının idarə edilməsində iştirak daxil olmaqla altı maddə üzrə ittiham edib.