Son dəqiqə

Hindistan BBC telekanalı telegram İnstagram cinsi istismar Instagram-ın cinsi istismar reklamları iddiası Hindistanda Instagram istifadəçiləri

Instagram reklamları Hindistanda uşaqların cinsi istismarını təbliğ edib - BBC

BAKI,TurkicWorld Orxan Qədirzadə

Meta şirkətinə məxsus Instagram platformasının Hindistanda uşaqların cinsi istismarı ilə bağlı məzmunu ehtiva edən ödənişli reklamlar yayımladığı iddia olunub.

BBC-nin araşdırmasına əsasən, Hindistanda yayımlanan bəzi videolarda uşaqların cinsi istismarı ilə əlaqəli ifadələrdən istifadə edilir və istifadəçilər Telegram kanallarına yönləndirilir. Həmin kanallarda bu cür materialların təxminən 99 Hindistan rupisi (təxminən 1,04 ABŞ dolları) qarşılığında satıldığı bildirilir.

Araşdırma zamanı BBC qeyd edib ki, platforma bu cür seksual xarakterli və ya seksual məzmunlu materialları belə məzmun axtarmayan istifadəçilərə də tövsiyə edir. Bunu yoxlamaq üçün redaksiya Instagram-da saxta hesab yaradıb.

Bildirilib ki, cəmi bir həftə ərzində heç bir seksual məzmun paylaşmayan həmin saxta hesablara seksual xarakterli videolar və paylaşımlar göstərilməyə başlanıb.

Daha sonra həmin hesablarda uşaqların cinsi istismarı ilə bağlı materiallar təqdim edən Telegram kanallarına keçid verən reklamlar da nümayiş olunub.

Araşdırmada vurğulanır ki, Instagram platformasında reklamların yayımlanması yalnız platformanın təsdiqindən sonra mümkündür. BBC belə reklamlardan biri barədə platformaya məlumat versə də, Instagram reklamın "icma qaydalarını pozmadığı" cavabını verib.

Bundan sonra BBC məsələ ilə bağlı məlumatları Meta şirkətinə təqdim edib. Şirkət isə açıqlamasında həmin reklamların bir hissəsinin silindiyini və onları yayan hesabların fəaliyyətinin dayandırıldığını bildirib.

Öz növbəsində Telegram açıqlayıb ki, 2026-cı ildə uşaqların cinsi istismarı ilə bağlı materialların yayılmasına görə 274 min qrup və kanal bağlanıb.

Mövzuya görə xəbərlər