BAKI,TurkicWorld
Yanvar-avqust aylarında Azərbaycandan Hindistana neft ixracının həcmi 300 dəfə artıb.
Dövlət Gömrük Komitəsinin açıqladığı xarici ticarət üzrə gömrük statistikasına əsasən, yanvar-avqust aylarında Azərbaycandan Hindistana 399,2 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınan 524,3 min ton neft və neft məhsulları ixrac edilib.
Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 398,4 milyon ABŞ dolları və ya 510,5 dəfə, həcm ifadəsində isə 522,6 min ton və ya 300 dəfə artıb.
Bundan əlavə, Komitənin məlumatları göstərir ki, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycandan Hindistana 781,52 min ABŞ dolları dəyərində bitumlu süxurlardan alınan 1,747 min ton neft və neft məhsulları ixrac edilib.
Beləliklə, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, Hindistan 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın neft və neft məhsulları ixrac etdiyi ölkələr arasında dördüncü yeri tutub.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2021–2025-ci illərdə Azərbaycandan Hindistana itumlu süxurlardan alınan neft və neft məhsullarının ixracının həcmi aşağıdakı kimi dəyişib:
|
İl |
İxrac həcmi |
İxrac dəyəri |
|
2021 |
1,261 mln ton |
584,2 mln ABŞ dolları |
|
2022 |
2,016 mln ton |
1,625 mln ABŞ dolları |
|
2023 |
2,025 mln ton |
1,227 mln ABŞ dolları |
|
2024 |
1,169 mln ton |
729,8 mln ABŞ dolları |
|
2025 |
335 mln ton |
167,3 mln ABŞ dolları |







