Son dəqiqə

İraq Səddam Hüseyn

Səddam Hüseynin xatirələri nəşr olunacaq

Bakı, TurkicWorld

İraqın mərhum prezidenti Səddam Hüseynin qızı Rəqad atasının Amerika qüvvələri tərəfindən saxlanıldığı zaman yazdığı bəzi xatirələrini dərc etməyə başladığını açıqlayıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Səddamın ölümündən təxminən 18 il sonra (o, 2006-cı ilin dekabrında edam edildi) bu xəbər sosial mediada geniş marağa səbəb olub.

Rəqad Səddam “X” platformasındakı rəsmi hesabında yazıb: “Bu gün sizin xatirələrinizin kiçik bir hissəsini dərc etməyə qərar verdim. Bəzi nəşriyyatların bu xatirələri dərc etməsinə qadağa var. Bu xatirələr, bir çox pərəstişkarlarınız və hətta başqaları üçün vacibdir”-deyə yazıb.

Səddam Hüseynin terror dəstəklədiyi bəhanəsilə, ABŞ 2003-cü ilin martında İraqı işğal etdi.

Səddam Hüseyn müharibə cinayətləri, soyqırım və insanlığa qarşı cinayətlər də daxil olmaqla bir çox ittihamlarla məhkəmə qarşısına çıxarıldı və 2006-cı ilin noyabrında onun məhkəməsi başa çatdı və o, asılaraq edam cəzasına məhkum edildi.

Səddam 1979-cu iıdən İraqı idarə edirdi.

Mövzuya görə xəbərlər