Son dəqiqə

ABŞ Malayziya Qəzza

Malayziyada KFC-nin 100-dən çox filialı baykot edilib

Bakı, TurkicWorld:

ABŞ-ın KFC restoranlar şəbəkəsi İsrailin Qəzzaya hücumlarına reaksiya vermək və Fələstin xalqını dəstəkləmək üçün başlatdığı boykotdan sonra Malayziyadakı 108 filialını müvəqqəti olaraq bağlayıb.

TurkicWorld xəbər verir ki, filiallar son bir həftədir müştəri çatışmazlığı səbəbindən bağlanıb.

Qeyd edək ki, İsrailin Qəzza zolağına qarşı başlatdığı hücumları dəstəkləyən bəyanatlar verən və yardım göndərən beynəlxalq şirkətlər bütün dünyada boykot və etirazlara məruz qalır.

Mövzuya görə xəbərlər