Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə qarşı sui-qəsd cəhdi ilə bağlı paylaşım edib

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdi ilə bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.

TurkicWorld xəbər verir ki, paylaşımda deyilir:

"Baş nazir Robert Fitsoya edilən sui-qəsddən təəccübləndim və dəhşətə gəldim. Mən bu hücumu şiddətlə qınayıram. Mənim fikrim Baş nazir Fitso, onun ailəsi və Slovak xalqının yanındadır. Ona tezliklə sağalmağı diləyirəm".

Mövzuya görə xəbərlər