Son dəqiqə

Mars NASA

Perseverance Marsda qədim həyatın mümkün izlərini tapıb

Bakı, TurkicWorld

Marsda NASA-nın Perseverance rover tərəfindən çəkilmiş qayada qədim həyatın əlamətləri ola biləcək izlər tapılıb.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Aviasiya və Kosmik Agentliyinin (NASA) açıqlamasında qeyd edilib.

Perseverance roverinin tapıntıları üzərində çalışan elm adamları, milyardlarla il əvvəl mikrob həyatına ev sahibliyi edə biləcəyinə dair izləri olan bir qaya aşkar ediblər.

Qeyd edilib ki, Roverin kəşf etdiyi ərazidə milyardlarla il əvvəl mövcud ola biləcək su və həyat izləri də tapılıb.

Bildirlib ki, Perseverance tərəfindən araşdırılan 22-ci qaya nümunəsi olan "Çeyava şəlaləsi" iyulun 21-də 400 metr enində qədim çay vadisi olan Neretva Vallisin şimal kənarını araşdırarkən tapılıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər