Bakı. TurkicWorld:
Türkiyənin Esenboğa Hava Limanında Məkkəyə gedən zəvvarların Səudiyyə Ərəbistanındakı hava limanlarında prosedurlardan keçmədən otellərinə çatmasına imkan verən “Məkkə Yolu” layihəsinin açılışı olub.
TurkicWorld xəbər verir ki, layihə çərçivəsində zəvvar olmaq istəyənlər Səudiyyə Ərəbistanına getməzdən əvvəl Esenboğa Hava Limanında onlar üçün ayrılmış xüsusi sahədə bütün əməliyyatlarını tamamlaya bilirlər.
Layihə çərçivəsində zəvvar olmaq istəyənlər Səudiyyə Ərəbistanına getməzdən əvvəl Esenboğa Hava Limanında onlar üçün ayrılmış xüsusi sahədə bütün əməliyyatlarını tamamlaya bilirlər.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının zəvvarların müqəddəs torpaqlara səyahətini asanlaşdırmaq üçün 2018-ci ildə Malayziya və İndoneziyada başlatdığı “Məkkə Yolu” layihəsi sonrakı illərdə Pakistan, Mərakeş və Banqladeşdə həyata keçirilib.
Layihəyə 30 may 2023-cü ildə Dini İşlər Başçısı Prof. Dr. Əli Erbaşın da qatıldığı mərasimlə İstanbul hava limanında da həyata keçirilib.
Hafiz Rufizoğlu