Son dəqiqə

Türkiyə Hakan Fidan

BRİKS-də ortaqlıqla bağlı təklif almışıq - Hakan Fidan

Bakı, TurkicWorld

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Plan və Büdcə Komissiyasında nazirliyin 2025-ci il büdcə təqdimatı zamanı millət vəkillərinin suallarını cavablandırıb.

TurkicWorld xəbər verir ki, Fidan , Türkiyənin BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) üzvlük prosesi və Avropa İttifaqı (Aİ) ilə əlaqələri barədə ətraflı açıqlamalar verib.

Nazir Fidan Türkiyənin BRİKS-ə üzvlük marağını ifadə etdiyini bildirərək, "BRİKS institusional müraciət və qəbul mexanizminə malik bir qurum deyil, üzvlər toplaşıb dəvət qərarı verir. Biz də marağımızı ifadə etdik və tərəfdaşlıqla bağlı təklif aldıq. Hazırda bu təklifi qiymətləndiririk, lakin hələ ki heç bir ölkəyə üzvlük dəvəti göndərilməyib." deyə açıqlayıb.

Fidan Türkiyənin Aİ-yə tam üzvlük hədəfinin davam etdiyini də vurğulayıb. O, Türkiyənin İttifaqla viza rejiminin liberallaşdırılması və Gömrük İttifaqının yenilənməsi üzrə iki əsas müzakirəni prioritet qəbul etdiyini bildirib.

Şengen vizası ilə bağlı statistik məlumatları paylaşan nazir "Viza müraciətlərimiz 36 faiz artsa da, rədd edilmə nisbəti mində 4 faiz artmışdır. Ümumilikdə müraciətlərin sayı 278 min 476 nəfərə, rədd edilənlərin sayı isə 48 min 638 nəfərə çatıb." deyə qeyd edib.

O, viza proseslərindəki gecikmələrin əsas səbəblərini Avropa ölkələrində kadr çatışmazlığı və anti-immiqrant əhval-ruhiyyənin artması ilə əlaqələndirib. Bununla yanaşı, Suriyada Türkiyənin milli təhlükəsizliyini qorumaq məqsədilə həyata keçirdiyi əməliyyatların və bu istiqamətdəki siyasi mövqeyinin də təsirli olduğunu vurğulayıb.

Mövzuya görə xəbərlər