Bakı. TurkicWorld:
Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir.
TurkicWorld xəbər verir ki, bu sözləri COP29-un Prezidenti Muxtar Babayev tədbirin bağlanış plenar sessiyasında çıxışı zamanı deyib.
"Son iki həftə ərzində hamımız çox gərgin işləmişik. Bilirəm, heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir. İndi dünyanın gözü bizə fokuslanıb", - o bildirib.
M.Babayev qeyd edib ki, vaxt bizə qarşı işləyir.
"Yerdə qalan fikir ayrılıqları ilə bağlı bir-birinizlə fəal şəkildə işləməyi xahiş edirəm”, - deyə, o əlavə edib.