Son dəqiqə

Malayziya Qətər

Qətər Baş naziri malayziyalı həmkarı ilə Qəzza məsələsini müzakirə edib

Bakı. TurkicWorld:

Qətərin Baş nazir və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani və Malayziyanın baş naziri Ənvər İbrahim ilə Qəzzadakı hadisələri müzakirə edib.

TurkicWorld xəbər verir ki, görüş zamanı iki ölkə arasında əlaqələr və bütün sahələrdə möhkəmləndirilməsi yolları müzakirə edilib.

Al Tani, Qəzza zolağı və işğal olunmuş Fələstin ərazilərində baş verən son hadisələrə əlavə olaraq, dərhal atəşkəsin və zolağın bütün ərazilərinə humanitar yardımın maneəsiz daxil olmasının vacibliyini vurğulayıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər