Fələstin Malayziya

Fələstində dağıdıcı hücumlar 1948-ci ildən bəri davam edir- Ənvər İbrahim

Bakı, TurkicWorld

Fələstindəki vəziyyət 2023-cü il oktyabrın 7-də deyil, 1948-ci ildən başlamışdır və Qərb ölkələri bu mövzuda öz mülahizələrini düzəltməlidirlər.

TurkicWorld xəbər verir ki, bu barədə Malayziyanın Baş naziri Ənvər İbrahim qatıldığı bir tədbirdə danışıb.

Fələstində 1948-ci ildən bəri dağıdıcı hücumların davam etdiyinə diqqət çəkən Ənvər, "İndi də bu dağıntılar infrastruktur və ya soyqırım olaraq davam edir. Baş verənlər budur",-deyə ifadə edib.

Ənvər müsəlman dünyasına demokratiya, insan haqları və davamlı inkişaf mövzularında mühazirə oxumağa ehtiyac olmadığını vurğulayaraq, Qərb ölkələrini beynəlxalq mediaya nəzarət etməyi dayandırmağa çağırıb.

Mövzuya görə xəbərlər