Bakı,TurkicWorld
Fələstin BMT-nin tamhüquqlu üzvü olmalı və regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün beynəlxalq səviyyədə daha çox tanınmalıdır.
TurkicWorld xəbər verir ki, bu sözləri Fələstin prezidenti Mahmud Abbas Qahirədə keçirilən “D-8” sammitində çıxışında deyib.
Abbas fələstinlilərin demək olar ki, hər gün qətliam edildiyini, ölkədə aclıq riskinin artdığını bildirib.
O, həmçinin bildirib ki, Qəzza zolağında dərhal atəşkəs əldə olunmalı və humanitar yardımların əraziyə çatmasına heç bir maneə olmamalıdır.
BMT Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsinin təcili icrasının vacibliyini vurğulayan Abbas beynəlxalq ictimaiyyəti Qəzza zolağına görə məsuliyyəti öz üzərinə götürməyə və İsrailin oradan tamamilə çıxmasını təmin etməyə çağırıb.