Bakı, TurkicWorld
2023-cü ilin oktyabrından 2024-cü ilin mart ayına qədər ölkədə 1000-dən çox anti-müsəlman əhval-ruhiyyəsi və fələstinlilərə qarşı nifrət cinayətləri qeydə alınıb.
TurkicWorld xəbər verir ki, bu barədə Kanadanın Ədliyyə və İnsan Haqları Daimi Komitəsinin açıqlama verib.
Hesabata əsasən, İsrailin 2023-cü il oktyabrın 7-də Qəzzaya hücumlarına başlamasından sonra Kanadada fələstinlilərə qarşı islamofobiya və nifrət cinayətləri 13 dəfə artıb. Həmin dövrdə baş verən hadisələrə təqib, vandalizm, böhtan, şəxsi məlumatların ifşası, hədə-qorxu və zorakılıq kimi cinayətlər daxildir.
Bu hadisələr arasında universitet şəhərciklərində fələstin tərəfdarı olan tələbələrə qarşı şifahi və fiziki hücumlar xüsusi ilə qeyd olunub.
Komitə bildirib ki, nifrət cinayətləri ilə məşğul olan hüquq-mühafizə bölmələri gücləndirilməli, ölkədəki məscidlərə təhlükəsizlik vəsaitləri artırılmalı və nifrət hadisələrinə daha sürətli müdaxilə edilməlidir.
Bununla yanaşı, Komitə sosial media şirkətlərinə onlayn nifrət məzmunlarına qarşı mübarizə üçün daha şəffaf və sərt qaydaların tətbiq edilməsini tövsiyə edib.
Komitə vurğulayıb ki, anti-müsəlman əhval-ruhiyyəsi və irqçilik həyəcanverici səviyyədə artıb. Bu vəziyyətə qarşı həm hüquqi, həm də ictimai tədbirlər görülməsi zəruridir.