Son dəqiqə

Fələstin Fələstin-İsrail iki dövlətli həll İsrail–Fələstin qarşıdurması

İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

BAKI, TurkicWorld, Nailə Babazadə

İsrail ordusu işğal altındakı Qərb Sahili və Qüdsün müxtəlif bölgələrində keçirdiyi reydlər zamanı 3-ü qadın olmaqla 44 fələstinlini saxlayıb.

TurkicWorldxəbər verir ki, yerli mənbələrin məlumatına görə, əməliyyatlar Nablus və Əl-Xəlil şəhərlərində, eləcə də Qüdsün şimalındakı Kəfr Akab qəsəbəsində həyata keçirilib.

Nablusda saxlanılanlar arasında keçmiş Fələstin Qanunvericilik Şurasının üzvü Davud Əbu Seyr, bir neçə sabiq məhbus və üç qadın da var. Şəhərdə ümumilikdə 30 nəfər saxlanılıb. Əl-Xəlildə 7, Deyr əl-Qusun qəsəbəsində 6 nəfər, Kəfr Akabda isə 1 nəfər saxlanılıb.

İsrail mediasının məlumatına görə, ordu ramazan ayı ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirib və bölgədə gərginliyi artıra biləcək şəxslərə qarşı genişmiqyaslı saxlanma əməliyyatlarına başlayıb.

Mövzuya görə xəbərlər