BAKI,TurkicWorld, Nailə Babazadə
İşğal altındakı İordan çayının qərb sahilində (Məxmas kəndi yaxınlığı) israilli məskunların kəndə hücumu zamanı 19 yaşlı fələstinli-amerikalı Nəsrallah Əbu Siyamın həlak olduğu bildirilib.
TurkicWorld xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi və hadisənin şahidlərinin məlumatına əsasən, insident fevralın 19-da yayılan ilkin məlumatlarda kəndə daxil olan məskunların hücumu fonunda baş verib; İsrail ordusu isə toqquşmalarla bağlı “iğtişaşların qarşısınıalma vasitələri”ndən istifadə etdiyini bildirib və əsgərlərin atəş açdığını inkar edib.
Məlumatlarda qeyd olunur ki, ABŞ səfirliyinin nümayəndəsi zorakılığı pisləyib və ABŞ vətəndaşlarının təhlükəsizliyinin prioritet olduğunu vurğulayıb.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin məlumatına görə, 2025-ci ildə İordan çayının qərb sahilində İsrail qüvvələri və ya məskunlar tərəfindən 240 fələstinli öldürülüb (o cümlədən uşaqlar).







