Son dəqiqə

Fələstin Hakan Fidan HƏMAS Türkiyə XİN Xəlil Əl Həyyə HƏMAS-ın Siyasi Bürosu Qəzza Sülh Planı Qəzza Sülh Planının ikinci mərhələsi Qəzzada humanitar vəziyyət

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

BAKI,TurkicWorld

Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil Hayyənin rəhbərlik etdiyi HƏMAS nümayəndə heyəti ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi mənbələrindən bildirilib.

Məlumata əsasən, görüşdə Qəzza Sülh Planının ikinci mərhələsi, Qəzzada humanitar vəziyyət və digər regional məsələlərlə bağlı inkişaflar müzakirə olunub.

Hakan Fidan Türkiyənin Sülh Şurası başda olmaqla, digər platformalar vasitəsilə Qəzza sakinlərinin hüquqlarını müdafiə etməyə yönəlmiş diplomatik fəaliyyəti barədə məlumat verdi.

Nazir Türkiyənin Qəzzaya lazımi humanitar yardımın çatdırılması üçün səylərini qətiyyətlə davam etdirəcəyini bildirib.

Mövzuya görə xəbərlər