Son dəqiqə

Fələstin İƏT Qəzza zolağı Qəzza Qəzzada jurnalistlərin ölümü Qəzza ilə əlaqəli paylaşımlar Qəzza humanitar böhranı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza atəşkəsi çağırışı Qəzzadan fələstinlilərin çıxarılması Qəzzada müharibənin sonu Qəzza müharibəsi reaksiya Qəzza müharibəsi diplomatiyası Qəzza müharibəsi və tanınma Qəzzaya yardımın qarşısının alınması İslam Əməkdaşlıq Təşkilatı (İƏT)

İslam Əməkdaşlıq Təşkilatı fövqəladə toplantı keçirəcək

BAKI, TurkicWorld, Nailə Babazadə

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bu cümə axşamı xarici işlər nazirləri səviyyəsində fövqəladə iclas keçirəcək.

TurkicWorld xəbər verir ki, Ciddə şəhərindəki baş qərargahda baş tutacaq toplantının əsas məqsədi İsrailin işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi son tədbirlərə, o cümlədən yaşayış məskənlərinin genişləndirilməsi və aneksiya cəhdlərinə qarşı vahid mövqe nümayiş etdirməkdir.

Müzakirələrin mərkəzində İsrailin son vaxtlar "dövlət torpağı" bəhanəsi ilə İordan çayının qərb sahilində torpaqların məskunlaşdırılması prosedurlarına başlaması qərarı dayanır. İƏT rəsmiləri bildiriblər ki, bu addımlar Fələstin ərazilərinin hüquqi, siyasi və demoqrafik statusunu dəyişdirməyə yönəlmiş sistematik siyasətin tərkib hissəsidir.

Təşkilatın bəyanatında vurğulanır ki, İsrailin bu fəaliyyətləri beynəlxalq hüququn prinsiplərini pozmaqla yanaşı, münaqişənin "iki dövlətli həll" variantını tamamilə sarsıdır. Üzv dövlətlər bu addımların qarşısını almaq üçün beynəlxalq platformalarda atılacaq diplomatik və hüquqi addımları, həmçinin koordinasiya olunmuş təzyiq mexanizmlərini nəzərdən keçirəcəklər.

Mövzuya görə xəbərlər