Son dəqiqə

Fələstin ABŞ Dövlət Departamenti Qəzza zolağı

Fələstinli ailələr ABŞ Dövlət Departamentini məhkəməyə verib

Bakı, TurkicWorld

Fələstinli ailələr, on minlərlə insanın ölümünə və humanitar böhrana səbəb olan Qəzza müharibəsi zamanı Vaşinqtonun İsrail ordusuna verdiyi dəstək səbəbi ilə ABŞ Dövlət Departamentini məhkəməyə verib.

TurkicWorld xəbər verir ki,bu barədə Kolumbiya Dairə Məhkəməsinə təqdim edilən iddiada bildirilib.

İddiaya görə, Entoni Blinkenin rəhbərlik etdiyi Dövlət Departamenti Qəzzada və işğal olunmuş İordan çayının qərb sahilində vəhşiliklər törətməkdə ittiham olunan İsrail hərbi birləşmələrini maliyyələşdirmək və dəstəkləmək üçün ABŞ İnsan Haqları Qanununu bilərəkdən pozub.

Leahy Aktı, ciddi insan hüquqları pozuntularına yol vermiş və məhkəmə qarşısına çıxarılmamış şəxslərə və ya təhlükəsizlik qüvvələrinin bölmələrinə ABŞ-ın hərbi yardımını qadağan edir.

Beynəlxalq Ədalət Məhkəməsində Cənubi Afrika və Amnesty International İsraili soyqırım və müharibə cinayətlərində ittiham edib, İsrail isə bu ittihamları rədd edib. Vaşinqton isə İsrailə olan davamlı dəstəyinə görə insan haqları qrupları tərəfindən kəskin tənqid edilir.

ABŞ Dövlət Departamenti isə məsələ ilə bağlı şərh verməkdən imtina edib və jurnalistləri Ədliyyə Departamentinə yönləndirib, lakin hələlik bu məsələ barədə rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Qəzza zolağının Səhiyyə Nazirliyi tərəfindən verilən məlumata görə, Qəzzada aparılan müharibə indiyə kimi 45 mindən çox insanın həyatına son qoyub və 2,3 milyon Qəzzalının didərgin düşməsinə səbəb olub.

Mövzuya görə xəbərlər