Son dəqiqə

Türkiyə Fələstin Rəcəb Tayyib Ərdoğan Qəzza zolağı

Türkiyənin Qəzzada nizamlanma ilə bağlı mövqeyinin dəyişməz olaraq qalır - Ərdoğan

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Türkiyənin Qəzza zolağındakı böhranın həlli ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli universitetlərin tələbələri ilə görüşdə deyib.

"Biz lazımi addımları atırıq və yolumuzu qətiyyətlə davam etdirəcəyik; [Qəzzada həll məsələsində] mövqeyimizdən heç bir geri çəkilmə olmayacaq. Geri çəkilsək, nə Allah, nə də Qəzza qarşısında cavab verə bilməyəcəyik", - deyə o bildirib.

Türkiyə hakimiyyəti əvvəllər dəfələrlə Fələstin probleminin iki dövlətli həllinə ehtiyac olduğunu bildirib.

Mövzuya görə xəbərlər