Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım etdi

BAKI, TurkicWorld

Xocalı soyqırımının 34-cü ildönümündə, qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə, hüznlə anır, dost və qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm.

TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Ağrısını hər zaman ürəyimizin ən dərinlərində hiss edəcəyimiz bu insanlıqdan kənar soyqırımını heç vaxt unutmayacağıq", - deyə paylaşımda qeyd edilib.

Mövzuya görə xəbərlər