Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan Kanada NATO sammiti COP31

Türkiyə lideri Kanadanın Baş nazirini NATO Ankara sammitinə və COP31 konfransına dəvət edib

BAKI,TurkicWorld, Nailə Babazadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Kanadanın Baş naziri Mark Karni arasında telefon danışığı baş tutub.

TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sosial media hesabından verilən məlumata görə, liderlər Türkiyə və Kanada arasındakı ikitərəfli münasibətləri, həmçinin regional və qlobal əhəmiyyətli məsələləri ətraflı müzakirə ediblər.

Prezident Ərdoğan söhbət zamanı iki ölkə arasındakı əlaqələrin dərinləşdirilməsinə böyük önəm verdiklərini vurğulayıb. O, xüsusilə enerji, müdafiə sənayesi və hava nəqliyyatı sahələrində geniş əməkdaşlıq potensialının olduğunu diqqətə çatdırıb. Türkiyə lideri bölgədə sülh və sabitliyin bərqərar olması üçün Ankaranın səylərini fasiləsiz davam etdirdiyini bildirərək, müttəfiq ölkə olan Kanada ilə bir çox məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü qeyd edib.

Prezident Ərdoğan həmçinin Baş nazir Mark Karnini Türkiyənin ev sahibliyi ilə keçiriləcək NATO-nun Ankara sammitinə və COP31 konfransına dəvət edib. Bundan əlavə, Türkiyə dövlət başçısı 2026-cı il başa çatmadan Baş nazir Karnini rəsmi səfər çərçivəsində Türkiyədə qəbul etmək istədiklərini ifadə edib.

Mövzuya görə xəbərlər